Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq

19 Aprel 2024 13:18

Yerləşdirilməsinə icazə tələb olunmayan reklamların siyahısı genişləndirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Reklam haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyəcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun