Türkiyənin Azərbaycandakı səfirliyinə yeni müşavir təyin olundu - FOTO

19 Aprel 2024 12:28

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri təyin olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Alptekin Cihangir İşbilir Bakıya gələrək, səfir Cahit Bağçı ilə görüşüb.

Onun artıq vəzifəsinin icrasına başladığı bildirilib.

Qeyd edək ki, bundan öncə həmin vəzifəni tutan Hüseyin Altınalanın səlahiyyət müddəti ötən ilin sentyabrında bitib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun