Türkiyədə daha bir zəlzələ oldu

19 Aprel 2024 10:21

Türkiyənin Tokat vilayətində yenidən zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Sulusaray rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun