"MacBook" istifadəçiləri üçün: "Puma" gəldi!

12 İyun 2012 09:18
Milli.Az "Mashable"a istinadən bildirir ki, "Mac OS X Mountain Lion" bu ilin iyulunda istifadəyə veriləcək.

Əməliyyat sistemini "Mac App Store" internet dükanında satın almaq olar. Hazırda noutbuklarında "Lion" və ya "Snow Leopard" əməliyyat sistemləri olan istifadəçilər üçün yeni əməliyyat sisteminin qiyməti 19,99 dollardır.
İyunun 11-dən sonra "Mac" alanlar üçün əməliyyat sisteminin yenilənməsi pulsuzdur.

"Mac OS X Mountain Lion" noutbukdan 2 qeqabayt operativ yaddaş və diskdə 8 qeqabayt boş sahə tələb edir.

Milli.Az