Türkiyəli məşhur iş adamı Azərbaycanda qəzaya düşdü - FOTO

18 Aprel 2024 16:45

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat yol qəzasına düşüb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, yol qəzası nəticəsində xəsarət alıb.

Xəsarət alan H.Büyükfırat Bakıdakı özəl klinikaların birinə yerləşdirilib. 

Hazırda onun müalicələri davam etdirilir.

Qeyd edək ki, türkiyəli iş adamı 1992-ci ildən Azərbaycanda yaşayır. O, "Büyükfırat" Şirkətlər Qrupunun prezidentidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun