İran İsraili hədələdi

18 Aprel 2024 15:59

İsrailin nüvə mərkəzləri müəyyən edilib və bütün hədəflər haqqında lazımi məlumatlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə SEPAH-ın Nüvə Mərkəzlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandanı general Əhməd Haq Tələb bildirib.

O qeyd edib ki, İsraildən hücum olarsa, həmin hədəflər İranın ixtiyarında olacaq.

General əlavə edib ki, İran özünün nüvə doktrinasını nəzərdən keçirə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun