Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin VİDEOsu

18 Aprel 2024 15:35

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza zamanı dünyasını dəyişən gəncin videosu sosial şəbəkədə yayılıb.

Milli.Az xəbər verir ki, qəzada ölən 2005-ci il təvəllüdlü Ayxan Əliyev Qida və Sənaye kollecində oxuyurdu.

Qeyd edək ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun