"Üzümdə əməliyyat etdirməmişəm"

18 Aprel 2024 17:46

"Telefondakı filtrlər hamını bir-birinə oxşadır. Amma hər kəsin öz gözəlliyi var. Çirkin yox, baxımsız qadınlar var. Özünə baxmaq lazımdır, amma sərhədi keçməmək şərtiylə".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Qonaqcanlı" proqramında deyib. Plastik əməliyyatlarından danışan sənətçi bununla bağlı suallara belə reaksiya verib:

"Buxaq əməliyyatı istəyirdim, həkim etmədi. Üzümdə əməliyyat etdirməmişəm. Bir burnumu, bir gözümün üstündəki əti əməliyyat etdirmişəm. Üzdartdırma, başqa prosedurlar olmayıb. Heç botoksa belə getmirəm, ehtiyacım yoxdur. Etməyəndə, üzüm özünə qayıdır. Edəndə cizgilərim itir. 

İnsanın ruhu nə qədər gözəldirsə, kindən, paxıllıqdan uzaqsansa gözəl qalacaqsan. Amma yaş öz sözünü deyir. O qədər poztiv insanam ki... Allah mənə enerji verib, onu xərcləməsəm, depressiyaya düşərəm. Mən səhnə, alqışla yaşayıram. Rəqqasələr arasında bir-iki nəfər milli rəqsi qoruyub saxlayırlar.

Mahnı oxumağıma gələndə isə... Səsim yoxdur, onu xınalar üçün edirəm."

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun