Çerniqovda ölənlərin sayı 18-ə çatıb, 77 nəfər yaralandı - FOTOlar

18 Aprel 2024 08:56

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə yüksəlib, 77 nəfər isə yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib.

Xilasedicilərin məlumatına əsasən, yaralılardan dördü körpədir. Bundan başqa, axtarış-xilasetmə əməliyyatı nəticəsində üç nəfəri dağıntı altından sağ çıxarmaq mümkün olub. Axtarış-xilasetmə əməliyyat davam edir.

Xatırladaq ki, ötən gün Rusiya Silahlı Qüvvələri Çerniqovu atəşə tutub, şəhərdə matəm elan olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun