İsrail aprelin 15-i axşam saatlarında İrana qarşı qisas almağı planlaşdırıb, lakin hücumu təxirə salmaq qərarına gəlib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Vaşinqton administrasiyasının nümayəndələrinin sözlərinə görə, İsrail qərarını ABŞ-yə çatdırıb.
Amerika rəsmisi nəşrə deyib ki, "biz bilmirik bu hansı səbəbdən baş verib. Bunun real hücuma nə qədər yaxın ola biləcəyi də məlum deyil".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun