Zurabişvili etirazla qarşılanan qanunla bağlı qərarını açıqladı

17 Aprel 2024 16:04

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə etirazlara səbəb olan "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyacağını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Xatırladaq ki, Gürcüstan parlamenti bu gün sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun