Yatarkən smartfonu yanımızda saxlamaq TƏHLÜKƏLİDİR?

18 Aprel 2024 07:11

Bir çox insanlar gecələr smartfonu çarpayının yanında və ya yastığın altında saxlayır. 

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırmalara görə, mobil telefondan istifadə insan sağlamlığı üçün təhlükəsizdir.

Çoxsaylı tədqiqatlar zamanı toplanmış məlumatlar smartfonun insanlarda beyin və ya digər orqanların xərçənginə səbəb olmadığını söyləməyə imkan verir.

Smartfon radiasiyası DNT-yə mənfi təsir göstərmir. Çünki mutasiyaya və ya ən azı bir növ dəyişikliyə bu enerjinin gücü çatmır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun