Ziraat Bank Azərbaycan 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurdu

17 Aprel 2024 10:45

 

Ziraat Bank Azərbaycan 2024-cü ilin birinci rübünə dair maliyyə hesabatlarını rəsmi saytında yayımlayıb. Hesabata əsasən Bank müsbət artım dinamikasını davam etdirərək 2024-cü ilin ilk rübünü xalis mənfəətlə başa vurub.

Yayımlanan maliyyə hesabatlarına əsasən, Bank 2024-cü ilin ilk rübündə 4.4 mln. manat xalis mənfəət əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4 % artıqdır. Bankın əməliyyat mənfəəti də ötən ilin ilk rübü ilə müqayisədə 11% artaraq 6 mln. manatı keçmişdir.

Dərc edilmiş hesabatlara əsasən, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.6% artaraq 377 mln. manatı keçmişdir. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Bankın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə edilib. Belə ki, təqdim edilən maliyyə nəticələrinə görə 2024-cü ilin ilk 3 ayında müştərilərin banka etibar etdiyi vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 26,31% artaraq 495 mln. manatı keçmişdir.

Bankın uğurları bununla da bitmir. Belə ki, 2024-cü ilin ilk üç ayı ərzində Bankın cəmi aktivləri 16.7 % artaraq 743 mln. manata çatmışdır. Bankın cəmi kapitalı isə 4% artaraq 121 mln. manatı keçmişdir.   

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.