Gülüstan Əliyeva arxiv görüntülərini paylaşdı - VİDEO

17 Aprel 2024 10:06

Əməkdar artist Gülüstan Əliyeva instaqram hesabında arxiv görüntülərini izləyiciləriylə bölüşüb.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçinin paylaşdığı video onun mərhum Xalq artisti Telman Adıgözəlovla oxuyub birlikdə kamera qarşısına keçdiyi "Nişanlılar" klipindəndir. 

Əliyeva videonu T. Adıgözəlovun vəfatının 14-cü ilində paylaşıb.

Qeyd edək ki, sözügedən nəğmənin sözləri Nüsrət Kəsəmənliyə, musiqisi Şəfiqə Axundovaya, rejissor işi Etibar Babayevə məxsusdur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun