İsrail Rafah qaçqın düşərgəsini vurdu - Xeyli ölü var

17 Aprel 2024 09:19

İsrailin Qəzza zolağının Rəfah şəhərindəki qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 7 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, ölən 7 nəfərin dördü uşaqdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun