Daşqına görə ÇL matçı təxirə salındı

17 Aprel 2024 00:39

Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün keçirilməli olan "Əl Əyn" - "Əl Hilal" oyunu təxirə salınıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Əl Əyn şəhərindəki güclü daşqın səbəbindən keçirilməyib.

Oyunun aprelin 17-də keçirilməsinə qərar verilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun