Bakı həbsxanasında ÖLÜM

16 Aprel 2024 20:24

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Sahib Rəhimov dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun