Bakıda özünə xəsarət yetirərək uşaq evindən qaçan qız tapıldı

16 Aprel 2024 16:50

Bakıda uşaq evində hadisə baş verib.

Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, yeniyetmə qız artıq tapılıb: "Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan, 16 yaşlı qız M.A-nın oradan qaçması və özünə xəsarət yetirməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan M.A Binə qəsəbəsində tapılıb və uşaq evinə qaytarılıb. İlkin müayinə zamanı, onun qol nahiyəsində xəsarətlər aşkar edilib. Araşdırmalar davam etdirilir".

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent.az saytı yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun