Əqrəb yeyən şəxs öldü

16 Aprel 2024 13:27

Türkiyənin Kayseri bölgəsində iki ədəd əqrəb yeyən şəxs ölüb. 

Milli.Az Unikal-a istinadən xəbər verir ki, 56 yaşlı Bilal Yiğitin halı əqrəbləri yedikdən sonra pisləşib. O, aparıldığı xəstəxanada dünyasını dəyişib.

Şəxsin dəqiq ölüm səbəbi ekspertizadan sonra müəyyən ediləcək. 

İşin istintaqı davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun