Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı

16 Aprel 2024 11:56

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun