“Zirə”nin sabiq müdafiəçisi vəfat etdi - FOTO

16 Aprel 2024 10:23

"Zirə"nin sabiq futbolçusu Jozef Bum vəfat edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, kamerunlu müdafiəçi 34 yaşında dünyasını dəyişib.

Futbolçunun ölüm səbəbi açıqlanmayıb. O, karyerası ərzində "Tatlısu", "Mersin İdman Yurdu" və "Antalyaspor" klublarında da forma geyinib.

Qeyd edək ki, Bum "Zirə"də 2017-18-ci illərdə çıxış edib. O, qəsəbə təmsilçisində 17 matça çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun