Elə olur ki, turizm üçün əlverişli şəhərlərin heç də hamısı yaşamaq üçün əlverişli olmur və ya əksinə. Məsələn, İspaniyanın Kanar adalarında kütləvi turizm yerli əhalinin həyatını dözülməz hala gətirdiyi üçün onıar artıq etiraz aksiyaları təşkil etməyə başlayıblar.
Bununla belə, turistlər və yerli sakinlər üçün rahatlıq arasında tarazlıq tapmağı bacarabn şəhərlər də var. "Resonance Consultancy" dünyanın yaşayış və turizm üçün ən uyğun olan 100 şəhərinin siyahısını tərtib edib.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtı London ardıcıl 9-cu dəfə reytinqə başçılıq edir. Xüsusilə, şəhər "Instagram Hashtags", "Facebook Check"in və "Tripadvisor Reviews" alt kateqoriyalarında liderlik edir.
Analitiklərin fikrincə, London COVID pandemiyası və "Brexit"dən sonra bütün əsas göstəricilərdə, o cümlədən şəhərdaxili sərnişindaşıma, otel rezervasiyalarının sayı, yeni daşınmaz əmlak alışları, attraksionlara səfərlər və s.-də həcmi bərpa edə bilib. Eyni zamanda, şəhərdə biznes qurmaq, oxumaq və iş tapmaq üçün yaxşı imkanlar var.
Dünyanın yaşayış və turizm üçün ən yaxşı 10 şəhəri:
1. London, Böyük Britaniya.
2. Paris, Fransa.
3. Nyu York, ABŞ.
4. Tokio, Yaponiya.
5. Sinqapur.
6. Dubay, BƏƏ.
7. San Fransisko, ABŞ.
8. Barselona, İspaniya.
9. Amsterdam, Hollandiya.
10. Seul, Yeni Koreya.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun