Türkiyənin ABŞ-yə sement məhsulları ixracının həcmi açıqlanıb

15 Aprel 2024 18:43

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-yə sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalaraq, 165,5 milyon dollara bərabər olub.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin mart ayında Türkiyə ABŞ-yə 57,5 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 28,1 faiz azdır" - deyə nazirlikdən bildirilib.

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,1 milyard dollara çatıb.

Bu ilin mart ayında Türkiyə 390 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun