Hakan Fidan Quterreş ilə Kipri müzakirə etdi

15 Aprel 2024 18:28

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

Bundan əlavə, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi də qiymətləndirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun