Hadisənin rəqsi dillərə düşdü - VİDEO

15 Aprel 2024 19:25

Bir neçə gün əvvəl Kiprdə konsert verən müğənni Hadisənin rəqsi gündəm olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, səhnə kostyumları ilə hər zaman diqqət mərkəzində olmağı bacaran ulduz bu dəfə də ənənəsinə sadiq qalıb. Qısa ağ libasda səhnəyə çıxan ulduz obrazını qara korset və uzunboğaz çəkmələrlə tamamlayıb. Hadisənin kişi rəqqaslarla sosial mediada yayılan rəqsi tənqid edilib.

Bəziləri onun çıxışını bəyənsə də, bəziləri bu hərəkətlərinin estetik görünmədiyini vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun