Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsraili İranın hücumuna reaksiya verməməyə çağıraraq, Tehranın hərəkətinin demək olar ki, tamamilə uğursuz olduğunu və hazırda diqqətin Qəzza zolağında atəşkəs razılaşmasına yönəldilməli olduğunu deyib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın XİN rəhbəri "Sky News"a danışıb.
Xarici işlər naziri deyib ki, İranın hücumu böyük miqyaslı olsa da, lakin tam uğursuzluqdur.
Devid Kemeronun sözlərinə görə, əgər israillilər düşünürsə ki, onların bu hücuma cavab vermək hüququ var, onlar haqlıdırlar, ancaq xarici işlər naziri İsraili vəziyyəti gərginləşdirməməyə çağırıb: "Biz onları eskalasiyadan uzaq olmağa çağırırıq."
O, hücumun "İran üçün ikiqat məğlubiyyət" olduğunu vurğulayıb: "Onlar regionda belə hücumlara hazırlaşdıqlarını, bədxah təsirə malik olduqlarını dünyaya nümayiş etdirdilər".
Kemeron qeyd edib ki, Böyük Britaniya eskalasiyanın qarşısını almağa çalışır: "Vacib olan Qəzzada saxlanılan girovların azad edilməsidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun