Kivinin faydaları haqqında hər kəs eşidib, lakin az adam bunun yatmazdan əvvəl qəlyanaltı üçün əla seçim olduğunu bilir.
Milli.Az lent.az-a istinadən bildirir ki, yatmamışdan əvvəl kivi yemək yuxusuzluğu aradan qaldırmağa kömək edir.
Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ
Mandarinin zərəri faydasından çoxdur - Həkim
Burun axıntısı və öskürəyi bir gündə yox edir
Kividə yüksək serotonin və yuxu keyfiyyətini yaxşılaşdıran digər maddələr var. Yuxunuz dərinləşəcək və gecənin ortasında oyanmağı dayandıracaqsınız.
Bundan əlavə, kivi ürək əzələsini və immunitet sistemini gücləndirir, qan təzyiqini və xolesterini aşağı salır, görmə qabiliyyətini yaxşılaşdırır, həzmi normallaşdırır.
Həmçinin, bu faydalı məhsul xərçəng hüceyrələrinin böyüməsini maneə törədir və erkən boz saçların görünüşünün qarşısını alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun