Türkiyədə avtobus aşdı: 15 yaralı

15 Aprel 2024 10:46

Türkiyənin Malatya vilayətində avtobus minik avtomobili ilə toqquşub və aşıb.

Milli.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun