Argentina Prezidenti Xavyer Miley aktrisa Fatima Flores ilə münasibətlərinin bitdiyini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə siyasətçi qərarın qarşılıqlı olduğunu və iş qrafiki arasında uyğunsuzluqla bağlı olduğunu bildirib. Argentina liderinin sözlərinə görə, onun keçmiş sevgilisi Avropa və ABŞ-də bir neçə iş təklifi alıb və özü də prezident kimi çox məşğuldur və daim səyahət edir.
Miley qeyd edib ki, keçmiş sevgililər bir-birlərinə sevgi və hörmət bəslədikləri və ümumiyyətlə bir-birlərinə pərəstiş etdikləri üçün dostluq münasibətlərini davam etdirmək niyyətindədirlər.
Xatırladaq ki, 53 yaşlı Miley ilə 43 yaşlı Floresin münasibətləri 2023-cü ilin yayında, siyasətçinin seçkilərə qatılmağa hazırlaşdığı vaxt başlayıb - cütlük televiziya verilişində tanış olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun