Çingiz Abdullayevin son vəziyyəti açıqlandı - YENİLƏNİB

15 Aprel 2024 13:18

13:18

Xalq yazıçısı Çingiz Abdullayevin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayevin evə buraxılması, güman ki, gələn həftə baş tutacaq:

"Sözsüz ki, buna qərarını həkimlər verə bilər. Mən ailəsi ilə danışmışam. Yaxşılaşır. Evə buraxılmasını, dediyim kimi, hesab edirəm, növbəti həftə ola bilər".

--------

09:58


Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, xalq yazıçısının durumu yaxşıdır.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun