Mexikoda helikopter qəzaya uğrayıb, ölənlər var

15 Aprel 2024 08:22

Meksikanın paytaxtı Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Meksika paytaxtının İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço sosial şəbəkədə açıqlayıb.

"Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı evlər təhlükəyə məruz qalmayıb", - məmur bildirib.

O həmçinin hadisənin paytaxt bölgənin Koyoakan yaşayış məntəqəsində baş verdiyini diqqətə çatdırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun