WSJ: İsrail İranın hücumuna tezliklə cavab verəcək

15 Aprel 2024 06:53

İsrail tezliklə İranın İsrailin hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşr yəhudi dövlətinin hücuma cavab verəcəyi günü dəqiq göstərmir. Qəzetin mənbələri qeyd edib ki, ABŞ İsrailin heç bir hücum əməliyyatında iştirak etməyəcək. Vaşinqton İsrailin gərginliyi artıra biləcək hərəkətlər etməməsində israrlıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun