Futbolçu ürək tutması keçirdi, oyun yarımçıq dayandırıldı

15 Aprel 2024 00:07

İtaliya A Seriyasının 32-ci turunda keçirilən "Udineze" - "Roma" oyununda təhlükəli vəziyyət yaşanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, matçın 72-ci dəqiqəsində "Roma"nın futbolçusu Evan N'Dika ürək tutması keçirib.

Halı pisləşən 24 yaşlı oyunçuya ilk tibbi müdaxilə edilib.

Bu səbəbdən oyunun baş hakimi matçı yarımçıq dayandırıb.

Hadisə baş verən dəqiqəyə qədər görüşdə hesab 1:1 olub.

Milli.Az