Rusiyanın daha bir şəhərini təhlükə gözləyir

14 Aprel 2024 22:50

Rusiyanın Taqanroq şəhərinin sakinlərinə Don çayı boyunca alçaq və sahilyanı ərazilərin su basması təhlükəsi barədə xəbərdarlıq edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Taqanroq şəhər administrasiyasının rəhbəri Andrey Fateyev deyib.

Çayda maksimal səviyyənin aprelin 15-i gündüz və axşam saatlarında olacağı gözlənilir.

Qeyd edək ki, Orsk şəhərindəki fəlakətli subasmadan sonra Tümen və Kurqan vilayətinin sakinlərinə də xəbərdarlıqlar edilib.

Milli.Az