Zidandan “Bavariya”nın təklifinə CAVAB

14 Aprel 2024 18:55

"Bavariya" Zinədin Zidanı baş məşqçi vəzifəsinə təyin etmək arzusundadır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Münhen klubu bununla bağlı fransalı mütəxəssisin meneceri ilə danışıqlar aparıb.

Amma Zidan hələlik almanların təklifinə müsbət təklif verməyib. İspaniya mətbuatında onun Fransa yığmasını rəhbərlik etmək arzusunda olduğu məlumatı yayılıb. Tomas Tuhel mövsümün sonunda "Bavariya"nı tərk edəcək və rəhbərlik təcrübəli mütəxəssis axtarışındadır.

Qeyd edək ki, Zidan PSJ-dən də təklif alsa da, klubda işləmək istəmədiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun