Rahil Məmmədov Polşada cəzalandırıldı

14 Aprel 2024 18:04

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, onun çıxış etdiyi LKS 28-ci turu qələbə ilə başa vurub.

Lodz klubu öz meydanında "Radomyak"ı 3:2 hesabı ilə məğlub edib. Start heyətində yer alan Rahil 10-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu qələbədən sonra LKS Ekstraklasada turnir cədvəlinin son pilləsini tərk edib. Hesabında 21 xal olan Məmmədovun komandası 17-cidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun