Abdullahiyan: İran iqtisadi və mülki obyektlərə zərbələr endirməyib

14 Aprel 2024 17:52

İran İsrailə qarşı əməliyyat zamanı iqtisadi və mülki obyektlərə zərbələr endirməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

"İranın İsrailə qarşı hərbi əməliyyatı məhdud idi. İran F-35 təyyarələri üçün uçuş-enmə zolaqlarını hədəfə alıb", - XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, İsrailin bu ay İranın Dəməşqdəki konsulluğuna etdiyi hücum beynəlxalq razılaşmaların pozulması idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun