DƏHŞƏT: Azərbaycanda 2 məktəbli FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

14 Aprel 2024 16:19

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun