"Hayat devam ediyor": 30-cu seriya - VİDEO

9 İyun 2012 11:47
Siraç və Giray Pelini axtarmaq üçün getdikləri depoda Nazimi qan içində görürlər. Onlar yaralını xəstəxanaya çatdırırlar. Bu barədə xəbəri alan Zeliha bütün hadisələrin günahkarı kimi Beratdan izahat tələb edir. Berat isə olanları Yusufdan öyrənməyə çalışır. Ağrıda davam edən işlərin hesablarındakı əskikləri hiss edən Berat buna görə məsuliyyət daşıyanı çağırır.

Hadisələrin nəzarətindən çıxması ilə əlaqədar narahat olan Tarık Pelini heç kimin tapa bilməyəcəyi yerə aparır. Amma bu Siraçı yolundan dönlərməyəcək.

Qüdrət həbsdə İsmayıl və Cənnətin xoşbəxtliyi ilə bağlı qarabasmalar görür. Cənnət isə evdə məruz qaldığı hücumun travmasını yaşamaqdadır.

Həyat və Kərəm uşaq üçün müayinəyə gedirlər. Qayıdanda Kərəmi qəfil sürpriz gözləməkdədir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.