İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul edəcək

14 Aprel 2024 15:35

İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İsrail Ordusunun nümayəndəsi podpolkovnik Piter Lerner "Sky News"-a müsahibəsində bildirib.

Qeyd edək ki, İsrail Ordusu bu gün ölkə ərazisinə gecə hücumuna görə Hizzbullah Hərəkatının Livandakı böyük obyektinə zərbə endirildiyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun