İldırım düşdü, 25 nəfər öldü

14 Aprel 2024 14:26

Güclü yağış Pakistanın Pəncab, Bəlucistan və Sind əyalətlərini vurub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Pəncabın müxtəlif yerlərində ildırım çaxması nəticəsində 16 nəfər həyatını itirib.

Həyatını itirənlərin əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu bildirilib.

Əyalətdə daha 8 nəfər seldə həyatını itirib.

Sind əyalətində isə 1 nəfər həlak olub.

Pakistan Meteorologiya İdarəsi yağışların davam edəcəyini açıqlayıb və əhaliyə xəbərdarlıq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun