Şahzadə ata olacaq

14 Aprel 2024 11:37

İordaniya şahzadəsi II Əl-Hüseyn ata olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə kral ailəsi sosial şəbəkələrdə məlumat yayıb.

"Əlahəzrətləri Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullah və Şahzadə Rəcva Əl-Hüseynin bu yay ilk uşaqlarının dünyaya gəlməsini gözlədiklərini elan etməkdən məmnunuq", - məlumatda bildirilir.

Qeyd edək ki, cütlük 2023-cü ilin iyun ayında dəbdəbəli mərasimlə evlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun