Fransada motosikletçilər genişmiqyaslı etiraz aksiyasına hazırlaşırlar

14 Aprel 2024 10:08

Fransada motosiklet və skuter sürücülərinin assosiasiyaları avtomobillərinin texniki baxışdan keçirilməsi öhdəliyinin tətbiqi ilə bağlı həftəsonu üçün genişmiqyaslı etiraz aksiyaları elan ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qərar aprelin 15-dən qüvvəyə minir və motosikletlər, skuterlər və mini avtomobillər üçün texniki baxışdan keçirilməsi məcburi olacaq. Fransada təxminən üç milyon belə insan var.

Nəqliyyat vasitəsinin yenidən satışı zamanı da texniki nəzarətdən keçmək məcburi olub.

Motosiklet Federasiyası texniki baxışların lüzumsuz əlavə xərc olduğunu təkid edərək onları boykot etməyə çağırır.

Sabah Paris, Lill, Tuluza, Marsel və digər şəhərlərdə böyük nümayişlərin keçirilməsi planlaşdırılır. Polisin hesablamalarına görə, təxminən 20 min insan küçələrə çıxa bilər. Parisdə isə etirazlarda 2000 iştirakçı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun