Hamı nə hayda, Xavi nə hayda...

9 İyun 2012 11:57
"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, "Canal+"a danışan ispaniyalı futbolçu "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyonun hər zaman Pep Qvardiolanın kölgəsində qalacağını bildiirb:

"Mourinyo heç vaxt futbol tarixinə keçməyəcək. Mənim üçün ən yaxşı baş məşqçi Pep Qvardioladır. Onun "Barselona"da 4 il ərzində qazandığı uğur göz qabağındadır. Mourinyo daha çox qalmaqalla gündəmə gəlməyə çalşırdı. Lakin bu da ona kömək etmirdi. Məsələn, Çempionlar Liqasının son qalibi "Çelsi" olsa da, hər kəs "Barselona"nın ən yaxşı komanda olduğunu deyir".

Qeyd edək ki, 1998-ci ildən "Barselona"nın şərəfini qoruyan Xavi keçirdiyi 414 oyunda 48 qola imza atıb.

Milli.Az