İsrailə hücum zamanı 7 yaşlı qız ağır xəsarət aldı - Yaralılar var

14 Aprel 2024 06:59

İrandan gələn hücumun qarşısını almaq məqsədilə İsrailin atdığı raketin qəlpələri 7 yaşlı qıza ağır xəsarət yetirib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı İsrailin fövqəladə xidməti məlumat verib.

Qeyd edilib ki, ağır kəllə-beyin travması alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Bundan əlavə bildirilib ki, dron və raket hücumları zamanı baş verən çaxnaşmada 31 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun