Rusiyanın Ukraynanın enerji sektoruna hücumlarının məqsədi manevr generasiyasını məhv etməkdir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
"Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları nəticəsində sistem xeyli miqdarda elektrik enerjisi istehsalını itirib. Enerji sisteminə zərbələr martın 22-dən baş verir, hətta 2022-2023-cü illərlə müqayisədə belə ən böyük zərbədir. Düşmənə elektrik enerjisi ötürücü qurğulara da zərbələr endirilir. Bütün hücumlar ölkədə manevr generasiyasını məhv etmək üçün planlaşdırılıb ", - nazir bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun