Gəncə Dövlət Filarmoniyasinda Elza Ibrahimovanin mahnilarindan ibarət konsert proqrami izdihamla keçib - FOTO

13 Aprel 2024 17:38

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, öz bənzərsiz mahnıları ilə qəlbləri fəth edən Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçirilib.

Gecədə Gəncə Dövlət Filarmoniyasının Estrada ansamblının müşayiəti ilə  Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Samir Məmmədov, Rövşən Məmmədov, Rüstəm Cəfərov, Əli Məmmədov, Ruslan Nağdəliyev, Yaqub Yaqubzadə, Xəyal Əliyev, Vasif  Bayramovun ifasında  "Bakının işıqları", "Sən yadıma düşəndə", "Mən sənin yanına qışda gələrdim", "Bu bağçadan keçmişəm", "Gedək üzü küləyə", "Gəl barışaq", "Mehribanım", "Daha məndə dözüm yox", "Təki sən səslə məni", "Ötən günlərimi qaytaraydılar", "Gecələr bulaq başı", "Sənin gözlərin", " Sən mənim səsimi eşidəcəksən" mahnıları səsləndirilib.

Konsert proqramı fərqli və özünəməxsus səhnə tərtibatı ilə yadda qalıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az