Ramazandan sonra şadlıq evlərində vəziyyət necədir? – ARAŞDIRMA VİDEO

13 Aprel 2024 14:24

Ramazan ayı bitdi və toylar yenidən başladı.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir çox şadlıq evlərində elə bugün ilk toy məclisi baş tutur. İnzibatçıların sözlərinə görə, artıq indidən yay ayları üçün tarix alanlar da az deyil. Ən çox üstünlük verilən isə iyun-iyul aylarıdır

İnzibatçıların sözlərinə görə, qiymətlərdə də təqdribən 5-10 manat aralığında artım var. Onlar artımın səbəbini bazar qiymətləri ilə əlaqələndirirlər.

Məlumat üçün bildirək ki, şadlıq evlərində ən çox üstünlük verilən menyuların qiyməti 50-150 manat aralığında dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun