Çində güclü zəlzələ oldu

13 Aprel 2024 13:01

Çinin Sincan-Uyğur Muxtar Vilayətinin qərbində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Xotan şəhərindən 434 kilometr cənub-şərqdə, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun