Bakıda motosiklet sürücüsü faciəvi şəkildə öldü

13 Aprel 2024 11:30

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 1987-ci il təvəllüdlü Piriyev Teyyub Həsənağa oğlu idarə etdiyi "Yamaha R15" markalı motosiklet ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun